Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti, vətənpərvərliyi ilə seçilən, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində şərəfli xidmət yolu keçmiş,

şəhid Vuqar Bədəlovun bacısı- istefada olan gizir Bədəlova Səbirə Baloğlan qızının oktyabr ayının 9- da dünyaya göz açdığı gündür. 

Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Səbirə xanımı belə bir əlamətdar yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının hərbi vəzifəliləri, iş yoldaşları, doğmaları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Səbirə xanım yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.   

Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, qayğıkeş və xeyirxah insan kimi tanınan Bədəlova Səbirə Baloğlan qızı 1965- ci ilin oktyabr ayının 9 - da Suraxanı rayonun Bül-bülə qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.

1981 -cu ildə Bakı şəhər Suraxanı rayonun 226 nömrəli orta məktəbini, 1983-cü ildə Bakı şəhər Texniki Peşə məktəbini,1986-cı ildə isə Bakı şəhərində kompüter kursnu bitrib.  

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış gizir Səbirə Bədəlova 1992- 2013 - ci illərdə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin (DQBİ-nin) AİS xidmətində, DQBN-nin maddi - texniki təminat idarəsinin ərzaq şöbəsində və Daxili Qoşunların Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində məsul icracı vəzifələrində Vətənə və xalqa alqa sədaqətlə xidmət edib.

Səbinə xanım 2013- 2017-ci illərdə Əsgəri iş birliyi kordinasiya iş birliyində,2018-2019-cu illərdə isə Hərbi Hava Qüvvələrinin Bakı şəhərində yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə işləyib.

Torpağına,xalqına bağlı gözəl xanım Səbirə Bədəlova Daxili Qoşunların Baş İdarəsində və Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Səbirə xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Səbirə Baloğlan qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

 Səbirə Bədəlova öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:

“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə; 

“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

SƏBİRƏ XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev