Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Vətənpərvərliyi, yurdsevərliyi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən ehtiyatda olan mayor Əsgərov Yusif Tahir oğlunun oktyabr ayının 17-də dünyaya göz acdığı xoş bir gündür.
Daha doğrusu 45- illik yubileyidir
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Yusif Əsgərovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Yusif qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Əsgərov Yusif Tahir oğlu 1981-ci ilin oktyabr ayının 17-də Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1997-ci ildə Gəncə şəhər 30 saylı tam orta məktəbin 9-cu sinifini, 2000-ci ildə Gəncə şəhər 4 nömrəli peşə liseyini, 2008-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının orta ixtisas məktəbini (indiki Ali hərbi institutu ) bitrib.
2000 -2002- cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2003-2018-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində və orta ixtisas hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etmişdir.
Yusif Əsgərov öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi işində daimi nününə olmuşdur.
Mayor Yusif Əsgərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, qəzalar,bədbəxt hadisələr, yanğınlar və təbii fəlakətlər zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Tahir oğlu Yusif Əsgərov peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, iradi ,mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 17 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə -ehtiyatda olan mayor Mirzəbala Abbasov Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin, orta ixtisas hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox fərmanlarla, diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;
2. “ Qüsursuz xidmətə görə 1-ci (Ali) dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
YUSİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev








