Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəst-xətti olan,yüksək peşəkarlığı,humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə seçilən- istefada olan mayor Məmmədov Kamran Kamil oğlunun oktyabr ayininin 29- da dünyaya göz acdığı xoş bir gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, Kamran Məmmədovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Kamran yaşının üstə gələn bu yeni yaşda sənə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məmmədov Kamran Kamil oğlu 1969-cu ilin oktyabr ayının 29-da Qəbələ rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1977-ci ildə Bakı şəhəri 4 nömrəli orta məktəbi,1999-cu ildə Azərbaycan Texniki Universitetini və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər rayonda yerləşən təlim- tədris mərkəziində zabitlərin ixtisas artırma kursnu bitirib.
Kamran Məmmədov 1987-1989-cu illərdə SSRİ Silahı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.
1995-2013-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər, Nərimanov və Sabunçu rayonları ərazisində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə,2013-2024-cü illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Arxivində zabit vəzifəsində xidmət edib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Kamran Mammadov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,mühüm dövlət və mühafizə olunan obyektlərin, inzibatı binaların,xüsusi yüklərin,inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olnmasında, qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai- sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər
Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim- tədris mərkəzi rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə
fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə
2."Qüsursuz xidmətə görə" 1-ci (Ali) dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələr də 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90- illiyi (1918-2008)” yubiley medalı ilə;
6.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95- illiyi (1918-2013)” yubiley medalı ilə.DOĞUM GÜNÜN MÜBARƏK OLSUN KAMRAN !
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
