Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, yurdsevərliyi dəqiqliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22- ildən çoxunu hərbi xidmətə həsr etmiş -istefada olan mayor Məmiyev İlham İsaxan oğlunun oktyabr ayının 21- də dünyaya göz acdığı xoş bir gündür.
Daimi həyatın bütün çətinliklərindən alını açıq və üzü ağ çıxan İlham Məmiyevi doğum günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edirlər.İlham yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Məmiyev İlham İsaxan oğlu 1969-cu ilin oktyabr ayının 21-də Cəlilabad rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1985-ci ildə Cəlilabad şəhər orta məktəbi,1993-cü ildə Azərbaycan Dövlət Universitetini, 2003-ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının təlim- tədris mərkəzində zabitlərin ixtisasartırma kursunu bitirib.İlham Məmiyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə fəal iştirak edib.
1988-1990- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Luvov şəhəri ərazisində yerləşən ali hərbi siyasi məktəbində müddətli həqiqi hərbi xidmətdə olub.
1998-2002-ci illərdə Azərbaycan ordusunda müxtəlif vəzifələrdə çalışıb.
2003-2020—ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sabunçu və Nərimanov rayonlarının ərazisində yerləşən hərbi hissələrdə bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, tərbiyə bölməsində təlimatçı,baş təlimatçı- bölmə rəisi vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət ediib.
Mayor İlham Məmiyev DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları İlham Məmiyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və digər təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə xidmətdə fəriqləndiyinə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olnub,diplomlarla,fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəqiqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 (1991-2001)” illiyi yubiley medalı ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 1-ci (Ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLHAM !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
