Daxili İşlər Nazirliyi (DİN-in)  Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək hərbi peşəkarlığı iradı, mənəvi keyfiyyəti, təvazökarlığı,prinsiplərinə sadəliyi və vətənpərvərliyi ilə seçilən  ehtiyatda olan kapitan Məcidov Azor Hübət oğlunun  oktyabr ayının 27- də  44 yaşı tamam olur.

 Biz  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan  zabitləri və iş yoldaşları olaraq doğum  günü münasibətilə kapitan Azor Məcidovu səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər 

arzu edirik, Azor   yaşının üstə gələn bu  yeni yaşda  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

 Məcidov Azor Hümbət oğlu  27 oktyabr 1982 -ci ildə   Füzuli  rayonunun  Sərdarlı  kəndində zəhmətkeş bir ailədə anadan olub. 

 1998 -ci ildə  Beyləqan rayonun 3 saylı orta məktəbi, 2003 ci ildə Heydər Əliyev Adına Ali Hərbi Məktəbi,2004-cü ilin yanvar ayında isə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində  keçirilən  kuruslarda, hərbi  və xüsusi taktiki təlimlərdə,təlim metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.

 Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Xətai, Hacıqabul  rayonlarının və  Gəncə şəhərinin ərazisində yerləşən hərbi  hissələrdə  taqım komandiri, bölük komandirinin müavini və  böluk komandiri vəzifələrində  xidmət etmişdir .

 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi  və din-in daxili qoşunların döyüş xidməti nizamələrinin   tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və  tapşırıqların yerinə, inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində    ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant zamanı hüquqi rejimin təmin   olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də  2023 -cü ilin sentyabr  ayında Qarabağda keçirilən antiterror əməliyyatı  zamanı üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin,   Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra  medallarlarla,əlacı,  yubley və idman dərəcəsi döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZOR !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri  veteranı və  müharibə veteranı, peşəkar  hərbçi  və hüquqşünas polkovnik Salman Musayev