Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək hərbi peşəkarlığı iradı, mənəvi keyfiyyəti, təvazökarlığı,prinsiplərinə sadəliyi və vətənpərvərliyi ilə seçilən ehtiyatda olan kapitan Məcidov Azor Hübət oğlunun oktyabr ayının 27- də 44 yaşı tamam olur.
Biz Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri və iş yoldaşları olaraq doğum günü münasibətilə kapitan Azor Məcidovu səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər
arzu edirik, Azor yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məcidov Azor Hümbət oğlu 27 oktyabr 1982 -ci ildə Füzuli rayonunun Sərdarlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1998 -ci ildə Beyləqan rayonun 3 saylı orta məktəbi, 2003 ci ildə Heydər Əliyev Adına Ali Hərbi Məktəbi,2004-cü ilin yanvar ayında isə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində keçirilən kuruslarda, hərbi və xüsusi taktiki təlimlərdə,təlim metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xətai, Hacıqabul rayonlarının və Gəncə şəhərinin ərazisində yerləşən hərbi hissələrdə taqım komandiri, bölük komandirinin müavini və böluk komandiri vəzifələrində xidmət etmişdir .
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi və din-in daxili qoşunların döyüş xidməti nizamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə, inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejimin təmin olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də 2023 -cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatı zamanı üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra medallarlarla,əlacı, yubley və idman dərəcəsi döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZOR !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
