Ömrünün önəmli bir hissəsini   Daxili İşlər Nazirliyi daxili qoşunlarında və Daxili işlər orqanlarında  xidmətə həsr etmiş, Azərbaycan  Respublikasının müharibə veteranı ehtiyatda olan  polis baş - leytenantı Hüseynov Emin Hüseyn oğlunun oktyabr ayının 23-də  anadan olmasının  53  yaşı tamam olur.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan  polis baş -leytenantı  Hüseynov  Emin Hüseyn oğlunu doğum günü münasibətilə Daxili  İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri,  Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, onun doğmaları, yaxınları iş və döyüşcü yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Emin qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

  Baş -leytenant  Hüseynov Emin Hüseyn oğlu - 1973-cü ilin  oktyabr ayının 23-də Bakı şəhərində   zəhmətkeş  bir ailədə anadan olub. Əslən Azərbaycan  Respublikasının Ağdaş  rayonunun Qolqətli kəndindəndir. Unudulmaz və xatirələrdə  yaşayan polkovnik Elxan Hüseynovun qardaşıdır.

O, 1972-cı ildə  Bakı şəhəri  Nizami rayonu  şəhid Kamil Əyyubov adına 12 saylı  orta məktəbi, 2005-ci ildə  Daxili İşlər Nazirliyinin Polis  Akademiyasını bitirib.   

E.Huseynov  Daxili  Qoşunlarda və Daxili İşlər Oranlarında  xidmət etdiyi illər ərzində DİN-in müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

Emin Hüseynov 1992-1996-ci illərdə   Daxili İşlər Nazirliyii Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissədə, 1996-2012-ci illərdə  isə  Daxili İşlər Nazirliyiinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə Vətənə  və xalqa sədaqətlə xidmət  edib.  Emin hal -hazırda SOCAR Petrdeum QSC- də çalışır.

 Baş -leytenant Emin Hüseynov 1992-1994- cü illərdə  Azərbaycanın ərazi bütovlüyü uğrunda  gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə  veteranıdır.

E.Huseynov  qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Daxili işlər orqanlarında və Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları və daxili işlər orqanların əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.

O, ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit kimi tanınır.

Qanunvericilikilə müəyyən  olunmuş qaydada  DİN-in müvafiq sturukturlarına  həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış   məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.

Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili  Qoşunların Komandanın, DİN-in polis akademiya və  məktəb rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə medallar ilə, əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə,  fərmanlarla, diplomlarla , qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Doğum günün mübarək olsun, Emin!

Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun!

Bütün arzularin çin olsun!

Həmişə üzün gülsün, ürəyin sevinsin!

Polkovnik Salman Musayev

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas