Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının  həyatında  özünəməxsus öz dəst- xətti olan,  peşəkarlığı,   sadəliyi, səmiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı,iradi və  mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar və şərəfli xidmət yolunu  Daxili İşlər  Nazirliyi Daxili  Qoşunlarında keçirmiş,  ehtiyatda olan baş gizir  Ağayev Ruslan Xanlar  oğlunun   oktyabr ayının  10 -da dünyaya göz acdığı xos bir gündür. 

 Belə bir əlamətdar  gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan  baş  gizir  Ağayev Ruslan Xanlar  oğlunu Daxili  İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin  üzvləri, DİN-in Daxili  Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri  səmimi- qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzulayır.

Xatırladaq  ki, Ağayev Ruslan  Xanlar oğlu 1974-cü ilin oktyabr ayının 10-da Bakı  şəhərində anadan olub.  Onun atası polis polkovnik- leytenantı Ağayev Xanlar Tapdıq oğlu  1952 - ci ilın iyun ayının  20- də Azərbaycan Respublikasının Qəbələ rayonun Tüntül kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.

Baş gizir Ruslan Xanlar  oğlu Ağayev uzun müddət Daxili Qoşunların Nərmanov,Xəzər və Sabuncu rayonlarda yerləsən  hərbi hissələrdə  və ali hərbi məktəbdə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.

Doğum günün mübarək olsun Ruslan 

Hörmət və ehtiramla: Polkovnik Salman Musayev