Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək hərbi peşəkarlığı, humanistliyi, dərin zəkası, səmərəli fəaliyyəti,gözəl nitq qabiliyyəti, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, hörmətli Silahlı qüvvələr veteranmız- ehtiyatda olan polkovnik Bəxtiyarov Dilqəm Xurşud oğlunun oktyabr ayının 13-də dünyaya göz acdığı gündür.
Daha doğrusu 55 illik yubileyidir.
Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan -Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı polkovnik Bəxtiyarov Dilqəm Xurşud oğlunu Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvlər, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, dostları,onun iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Dilqəm hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Bəxtiyarov Dilqəm Xurşud oğlu 1971- ci ilin oktyabr ayının 13 -də Ermənistan Sovet Sosialist Respublikasının Amasiya (Ağbaba mahalının) Ellərkəndində zəhmətkeş bir ailədə anadan olub.O, 1991-ci ildə müddətli həqiqi hərbi xidmətdə olub .
1996 -ci ildə Rusiya Federasiyasının Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Vladiqafqaz Ali Hərbi Komandirlər məktəbini, bitirib.
D.Bəxtiyarov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1996-1998-ci illərdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri, ayrıca yerləşən tabor komandirinin müavini -qərargah rəisi vəzifələrində çalışmışdır.
1999-2025-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sumqayıt və Gəncə şəhərlərində, Nərimanov, Lənkəran Nərimanov və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində döyüş hazırlığı bölməsinin rəisi, tabor komandirinin birinci müavini- tabor qərargahının rəisi, tabor komandiri, hərbı hissə komandirinin birinci müavini -qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin qərargahında əməliyyat şöbəsinin rəis müavini vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Polkovnik Bəxtiyarov Dilqəm Xurşud oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrfə işgüzar səfərdə olub.
Xurşud oğlu Dilqəm Bəxtiyarov DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin,islah -əmək müəssisələrinin, xüsusi yüklərin, hərbi təchizat anbarların,hərbi şəhərciklərin
mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və DİN-in Daxili Qoşunlarında səmərəli fəaliyyətinə görə SSRI, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Dilqəm Bəxtiyarovu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. Bəxtiyar təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xəbərlərə görə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 42 -ci maddəsinin tələblərinə əsasən polkovnik Dilqəm Xurşud oğlu Bəxtiyarova tutduğu vəzifədən bir pillə yuxarı “Polkovnik” hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qvvələri Veteranı medalı ilə;
2.“Hərbi xidmətdə fərqlənməyə görə” 1 -cı dərəcəli medal ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüşlər zamanı igidlik göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Bəxtiyarov Dilqəm Xurşud oğlu Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
DİLQƏM XURŞUD OĞLU BƏXTİYAROv 55 İLLİK YUBL GÜNÜN MÜBARƏK OLSUN.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, SAĞLAM YAŞA
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev






