Peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər Nazirliyi (DİN) Daxili Qoşunlarında hərbi xidmətə həsir etmiş, 2-ci qrup mühariibə əlili, istefada olan mayor Muradov Rizvan Şaban oğlunun oktyabr ayının 8-də dünyaya göz açdığı xoş bir gündür.
Daha doğrusu 60 illik yubileyidir.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, mayor Rizvan Muradovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitıəri,doğmaları, əzizləri,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı ,ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rizvan qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Muradov Rizvan Şaban oğlu 1966- cı ilin oktyabr ayının 8-də Şəmkir rayonun Qapanlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983 -cü ildə Şəmkir rayonunun Qapanlı kənd orta məktəbini,1988- ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ-nın 60 iliyi adına Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Siyası məktəbi bitirib.
Rizvan Şaban oğlu Muradov 1988-ci ilin iyul ayından 1992-ci ilin yanvar ayının 10-na kimi SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Solkamski şəhərində yerləşən hərbi hissələrin birində böluk komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində xidmət etmişdir.
Rizvan Muradov 1992-2000-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Ağdam, Ağdərə,Füzuli və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri,hərbi hissənin kəşfiyyat rəisi,alayın qərargan rəisinin birinci müavini, tabor komandiri, alayın qərargah rəisi əvəzi vəzifələrində olmuşdur.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Rizvan Muradov 2000-ci ildə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd Təsərrüfatı Akademiyasında müəllim işləmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə,Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş, 22 dekabr 1993-cü ildə Füzuli rayonunun Böyük- Bəhmənli kəndlinin azad olunması üzrə gedən döyüşlərdə ağır yaralanmışdır.
R.Muradov qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,hərbi,hərbi təchizat anbarların və dövıət əhmiyətli obyektlərin (inzibatı binaların) mühafizə olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr yanğınlar,təbii fəlakətlər, və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində ona həvalə edilməsində vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Muradov Rizvan hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin mvafiq əmri ilə həvəsləndirmə qaydasında vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.
Öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,ali hərbi məktəb və kurs rəislərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmirləri ilə bir sıra medallarla,əla xidmətlərə görə döş (idman dərəcəsi) və yubiley nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkur elan edilib.
60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
RİZVAN!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR "MÖCÜZƏ İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı, və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



