Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, Daxili işlər orqanlarında və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, istefada olan mayor İsmayıl Aydın Cəhəngir oğlunun oktyabr ayının 6-da- dünyaya göz acdığı gündür.
Daha doğrusu 70 illik yubileyidir!
Bu əlamətdar gün münasibətilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan mayor Aydın İsmayılovu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarınehtiyatda və istefada olan zabitləri, Aydının doğmaları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu edilər.Aydın yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İsmayılov Aydın Cəhəngir oğlu 1956-ci ilin oktyabr ayının 6-da Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1973- cü ildə Bakı şəhər 161 nömrəli orta məktəbi,1983 -cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutu, 1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyəyə Jandarma Qüvvələrində işgüzar səfərədə olub.
Mayor Aydın İsmayılov Daxili İşlər Nazrliyinin müvafiq strukturlarında işlər orqanlarında xidmət etdiyi illər ərzində Daxili işlər orqanlarında, Daxili Qoşunların Bas İdarəsində və DİN-in Daxili Qoşunlarının hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlada, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
O,1975-1977-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların. Kirov vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1979-1990-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsində müxtəlif vəzifələrdə çalışıb.
1993-2001-ci illərdə Azərbaycanın Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov və Xətai rayonlarında yerləşən hərbi hissələrində və əlahiddə komendant bölüyündə taqım komandiri, Daxili Qoşunların Baş İdarəsinin əlahiddə komendant bölük komandirinin birinci müavini, bölük komandiri, hərbi hissənin kəşfiyyat rəisi. vəzifələrində xidmət edib.
A.İsmayılov Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.
Aydın İsmayılov istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Mayor Aydın İsmayılov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Mayor Aydın İsmayılov Daxili Qoşunlarda və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə göstərdiyi digər xidmətlərinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:
1.“Qüsursuz xidmətlərə görə” 1 -ci dərəcəli medal ilə;
2.“Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə;
3.“Qüsursuz xidmtə görə” 3-cü dərəcəli medal ilə;
4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiy (1991-2001)” yubiley medalı ilə.
70 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN AYDIN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

