Hələ uşaqkən rəhmətlik Anam, qonşu xanımlarla, ətrafdakı adamlarla ,bəzən də ictimai yerlərdə hardasa, HAQQ-ƏDALƏT-dən söhbət düşən zaman ,söhbətin axarına uyğun hər kəlməbaşı deyərdi ki, bala,Yaxşılıq cənabi Əlidən qalıb...Öncə maraqlanıb öyrənərdim ki,bu Cənab kimdir... və hansı işlər ,əməllər, hərəkət və hərəkətsizliklər yaxşılıq sayılır?...O ,da məhrəm ,məlhəm səsilə mənim uşaq düşüncələrimə, duyğularıma uyğun anladardı ki , yıxılanın qolundan tutub qaldırmaq, aç qarını doyurmaq,zalımın zülmünün qabağını almaq ,birsözlə, HAQQA dayaq olmaq yaxşılıqdır ki, Íslam dinimizin öndəri olan On iki Ímamımızın birincisi-atası cənab Əli həmişə bu kimi pak əməllərilə Íslam əhlinə örnək Ali bir şəxsiyyət olubdur ...
Anamın bu müdrük söhbəti hələ Yetgin olmayan düşüncəmdə, beynimdə anatomik bir xoş iz buraxmışdı, daim yaxşı adam olmaq arzusu ilə boya -başa dolurdum, UcaALLAHMIZDAN cəmiyyətə, təbiətə yararlı bir insan olmağım üçün ONUN verdiyi imkanlardan əlavə ,yaxşılıq etmək üçün mənə daha artıq şansları qazandırmağı diləyərdim...
UcaALLAH anadangəlmə şair qəlbimi mərhəmətlə doyurdu,əlavə savad, bilik qazandırıb hüquqi biliklərə yiyələndirdi...
Bir neçə ay bundan öncə Daxili qoşunların sırasında birgə xidmət etdiyimiz Məhəbbət xanım mərhum həyat yoldaşı Akif Əhməvun təqaüd hesabının onun hesabına artırılması üçün hüquqi. yardım istədi ,təvəzökarlıqdan uzaq olsa da , deyim ki əlimdən gələni əsirgəmədim,demək olar ki ,heç nə etmədim ,ərizəni yazıb düzgün ünvanına yönəltdim, illərlə qalmış problemi həl edildi..
Bacardığımımızı,, bilidiklərimizi İnsnlıq naminə biri -birimizdən əsirgəməyək.
Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ehtiyatda olan hərbi qulluqçularının Pensiya Fondunun bu sahədə çalışan bütün əməkdaşlarına operativ və dqiq iş üslublarına görə, dərin minnətdarlığımı bildirirəm...Beləcə hər bir vətəndaşımızın, hər bir insanın mövcud problemləri həll edilsin Haqları hər yedə Qanunun aliliyi ilə zəfər çalsın ...
