Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı polkovnik Emil Rüstəmov oktyabr ayının 29 -da 45 yaşı tamam olub.
Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyyətli ilə seçilən, hal hazırda Daxili Qoşunların hərbi hissələrinin birində hərbi hissə komandiri vəzifəsində xidmət edən polkovnik Emil Rüstəmovun 29 oktyabr tarixində anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.
Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) olmaqla polkovnik Emil Rüstəmovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Xatırladaq ki, Emil Eldar oğlu Rüstəmov 29 oktyabr 1981-ci ildə anadan olub.
1999-cu ildə Cəmşid Naxcıvanski adına hərbi liseyi, 2003-ci ildə Heydər Əliyev adına ali hərbi məktəbi və Daxili Qosunların Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitirib.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə Emil Rüstəmov xidmət etdiyi illərdə bir çox təlim metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, komanda qərargah məşqlərində fəlal iştirak edib və Türkiyə Silahlı Qüvvələrinin Akademiyasını bitirib
2003-cü ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edir.
Polkovnik Emil Eldar oğlu Rüstəmov öz xidməti vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib
Azərbaycan Respublikası Prezidentin 9 mart 2018-ci il tarixli 3770 sayı sərancamı ilə Rüstəmov Emil Eldar oğlu " Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
EMİL 45 İLLİK YUBİLEY GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Hörmət və ehtiramla polkovnik Salman Musayev

