Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı polkovnik Ağacan Zərbaliyevin oktyabr ayının 18-da 53 yaşı tamam olur.
Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyyətli ilə seçilən polkovnik Ağacan Zərbaliyevin 18 oktyabr tarixində anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.
Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri), Daxili Qoşunların şəxsi heyəti olmaqla polkovnik Ağacan Zərbaliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Xatırladaq ki, polkovnik Zərbaliyev Ağacan Səday oğlu 18 oktyabr 1973-cü ildə anadan olub.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasını, Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitirib .
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Öz xidməti vəzifələrini, hərbi hissə, hərbi institut qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib.
Polkovnik Zərbaliyev Ağacan Səday oğlu Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012-ci il tarixli 2084 saylı sərancamı ilə” Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
AĞACAN DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
