Azərbaycan xalqının, gənc nəslin vətənpərvərlik ruhunun təbliğində ifa etdiyi mahnılarla müstəsna roluna görə Nurlan Ordubadlı Turan Türk Dövlətləri Müharibə Veteranları Birliyinin sədri Murat Muxamedjanovun əmri ilə "TURAN" medalı ilə təltif edildi. Medalı və Təşəkkür məktubunu polkovnik Elmar Hüseynov və polkovnik-leytenant İlham Rüstəmov təntənəli surətdə təqdim etdilər. Tədbirə Qazaxstan Respublikası Veteranlarının sədri Murat Muxamedjanov, Qazaxstan Respublikası Astana şəhəri Veteranlarının sədri Ruslan Aripjan və Rusiyada yaşayan Azərbaycanlı iş adamı Samir Abdullayev video formatda qatıldılar.

İlham Rəsulzadə 

Foto: Telman Nəsirov