Xocalının yetirməsi, istefada olan polis polkovniki Akif Hüseynovun doğum günüdür. O, 1958-ci il oktyabrın 22-də doğulub, ali təhsillidir. Akif müəllim uzun müddət hüquq - mühafizə orqanlarında çalışıb.

1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı zamanı Akif müəllim atası Mirsiyab əmini, anası Minəş xalanı, qardaşı Tofiqi, onun həyat yoldaşı Məxməri, digər qardaşı Bakir, bacısı Qətibəni (Elza) itirib. Akif Mirsiyaboglu ömür - gün yoldaşı Şəfiqə xanımla birgə Tofiq Hüseynovun yadigarları - Yasəmən, Əfsanə və Murad, digər qardaşı Bakirin övladları Samir və Samirəyə dayaq olublar.

Dəyərli Akif müəllim, doğum günün mübarək olsun.


Hörmətlə,

Şamil Sabiroğlu, jurnalist.

Bakı, 22.10.2026.