Türkiyənin Kocaeli şəhərində İstanbul Azərbaycan Jurnalistlərin Həmrəylik və Yardımlaşma Dərnəyinin İdarə heyətinin iclası keçirilib. İclasda dərnəyin fəaliyyətindən bəhs edilib və mühüm qərarlar alınıb.

Təşkilatın Azərbaycanda da nümayəndəliyi yaradılıb. İdarə Heyətinin qərarına əsasən nümayəndəliyə fəal ictimayyətçi, tanınmış şairə Sara Şərifova (Göyçəli) rəhbər təyin edilib. Eyni zamanda İdarə Heyətinin qərarına əsasən dərnəyin Mədəniyyət Komitəsinə də tanınmış mədəniyyət işçisi Əli Hüseynli rəhbərlik edəcək.

Qeyd edək ki, dərnək 29.04.2026-cı il tarixindən Türkiyədə yaradılıb, dərnəyin tərkibində “Öztürk Tv” İnternet televiziyası, “Öztürk” qəzeti və “Ulutürk Teatrı” fəaliyyət göztərir.