Təbrikdə deyilir:

 Hörmətli general – mayor sizi 65 illik yubileyinz münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, Daxili Qoşunların şəxsi heyəti səmimi -qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, xöşbəxtlik və firavan həyat arzulayır.

Xatırladaq ki , Əliyev Vidadi Əli oğlu 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsini, 1999-cu ildə isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin hərbi hüquqşünaslıq fakültəsini bitirmişdir.

1983–1985-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1985-ci ildə Belarusiya Hərbi Dairəsi tərkibində zabit hazırlığı kursunu bitirmişdir.

1985–1992-ci illərdə Müdafiə Sənayesinin "İskra" zavodunda mühəndis, "Coğrafi fiziki cihazqayırma" birliyində mühəndis-quraşdırıcı vəzifələrində işləmişdir.

1992–2004-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində tabor komandirinin tərbiyə işləri üzrə müavini, hərbi hissə (alay) komandirinin şəxsi heyət üzrə müavini-bölmə rəisi, hərbi hissə (briqada) komandirinin tərbiyə işləri üzrə müavini-bölmə rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı[1] ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

2005-ci ldə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 9 mart 2007-ci il tarixli 2019 nömrəli Sərəncamı[2] ilə "Vətən uğrunda" medalı ilə, 11 mart 2008-ci il tarixli 2727 nömrəli Sərəncamı[3] ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı[4] ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.

12 noyabr 2021 -cı ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanın müavini -Şəxsi heyət üzrə idarənin rəisi vəzifəsindən general- mayor Vidadi Əliyev son yaş həddi ilə ehtiyata buraxılıb.

Hörmətli general -mayor 65 illik yubileyniz mübarək olsun!

Dərin hörmət və ehtiramla: Polkovnik Salman Musayev