Dünya şöhrətli rəssam dostum haqqında topladığım ən dəqiq məlumatlarla geniş məqaləni hazırlayıb oxucuların sərəncamına vermək istəyirəm.

Nəvai Metin haqqında geniş məqalə

Nəvai Metin Məmmədoğlu - Fırçası ilə sülh körpüsü quran rəssam...


Azərbaycan mədəniyyətinin və sülh elçisi kimi tanınan Nəvai Metin Məmmədoğlu 3 iyul 1965-ci ildə Azərbaycanın Qazax bölgəsinin Zəlimxan kəndində dünyaya gəlib. İlk və orta təhsilini elə Zəlimxan kəndində alıb.


1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Rəsm-Qrafika fakültəsinə daxil olub. Tələbəlik illəri Sovet dövrünə təsadüf edib və 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında Almaniyada hərbi xidmət keçib.


1989-cu ildə institutu bitirdikdən sonra Bakının Yasamal rayonunda RJU-da müəllim, sonra isə İdman və Mədəniyyət Mallarının Tədarükü və Paylanması İdarəsində (TPSİ) rəssam kimi çalışıb. Hələ tələbəlik illərindən əsərləri dövri mətbuatda yayımlanmağa başlayıb.


Nəvai Metin eyni zamanda Metin-X adlı şirkətin qurucusudur və uzun illər müstəqil iş adamı kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən aktiv bədii yaradıcılığa qayıdıb.


Beynəlxalq fəaliyyəti:

2012-ci ildən bu günə qədər Beynəlxalq Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir. Bu missiya ilə Türkiyə, Pakistan, Qırğızıstan, Qazaxıstan və onlarla ölkədə Azərbaycan mədəniyyətini təmsil edib, türk dünyasının inteqrasiyasına böyük töhfələr verib.


Türkiyədə çox sevilir. İlk sərgisi 2013-cü ildə Ankarada ANTIGONE qalereyasında “My colors” adı ilə açılıb. 17-24 may 2016-cı ildə isə Azərbaycan Rəssamlar Birliyi və Ankara Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə “Paletin Azəri Rəngi” adlı fərdi sərgisini açıb. Erzurum Tortum Alapınar kəndində “Köyə Dönüş” layihəsində, İzmir Tire Kahratda HADİ GARİ festivalında və bir çox sosial məsuliyyət layihəsində kəndlilərin portretlərini çəkib.


Yaradıcılığı və mükafatları:

O, böyük bir portret ustasıdır. Yazar və rəssam Hülya Sezginin dediyi kimi: “Nəvai Metin yaxşı bir rəssam, ürəyi təmiz biri... Yəni yaxşı bir insan. Çox yaxşı bir portret rəssamıdır”.


Fəaliyyəti dövründə 2014-cü ildə Qızıl Fırça Mükafatı, Rusiyanın LİFFT Gümüş Medalı, Əlişir Nəvai Medalı, Turan Birliyi Medalı, Xalqlar Dostluğu Medalı və onlarla beynəlxalq mükafata layiq görülüb.


Onun ideya müəllifi olduğu “DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK” beynəlxalq layihəsi bu gün dünyanın bir çox yerində əks-səda doğurur və “Çağdaş Dünya Rəssamları” adlı kitab-kataloq seriyasını nəşr etdirib.


Bakıda şəhər mərkəzində ofisi, evinin həyətində isə rəsm və qrafika emalatxanası var. Bu emalatxanada xatirə əşyaları, şiltlər hazırlanır. Zəngin val kolleksiyasına malikdir və qonaqlarına Zeynəb Xanlarovanı dinlətməyi sevir.


Nəvai Metin üçün sənət sadəcə rəng deyil, dildir. Özünün dediyi kimi: “Sənət bizi bir araya gətirir. Çünki sənətin dili insandır.”


Mənimlə olan dostluğu isə onun insanlığının ən gözəl sübutudur. Dünya şöhrətli bir rəssamın Tovuzdan olan dostu BayramAşıqlının portretini çəkməsi, bu dostluğun fırça ilə tarixə yazılmasıdır.


Allah dostluğumuzu daim etsin, qardaşım!

Nəvai Metinə həsr olunmuş şeir


Qəlbi günəş kimi, nurlu bir insan,

Qazaxdan ucalan, ulu bir çinar,

Dostluqda vəfalı, sözü düz, inan,

Fırçada canlanır, Nevai Metin


İki dövlət, bir millət deyib hər an,

Ankara, Bakını edib bir məkan,

Sənətlə körpü salan, eşqlə yanan,

El-ələ nur saçan, Nevai Metin


Portretin dilində danışır ürək,

Hər cizgidə bir can, bir dilək gərək,

Bayramın üzündə sevgi, əmək,

Dostuma can verən, Nevai Metin


Qızıl fırça ilə taclanan sənət,

Dünyanı xilas edər, bu həqiqət,

Turanın bağrında açan məhəbbət,

Sülhə səs salandır, Nevai Metin


Sözün var, sənətin var, iz qoyan ad,

Dostluğun ömrümə ən böyük qanad,

BayramAşıqlı deyir, ey ulu ustad,

Əbədi yaşayır, Nəvai Metin.

         01.10.2026