Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Bas İdarəsinin həyatında özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,dəqiqliyi,təmkinliyi,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, Azərbaycan Respubilkasının müharibə veteranı - istefada olan mayor Bayramov Firudin İsaq oğlunun oktyabr ayının 8- də 63 yaşı tamam olub.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan mayor Bayramov Firudin İsaq oğlunun bu günlərdə 63 yaşının tamam olması munasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı,uzun mənalı ömür və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edirlər. Firudin yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında özünəlayıq hörmət qazanmış- mayor Bayramov Firudin İsaq oğlu 1963 - cü ilin oktyabr ayının 8- də Tovuz rayonun Aşağı Quşçu kəndində zəhmətkeş bir ailədə anadan olub.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan-mayor Firudin Bayramov 1980 - ci ildə Tovuz rayonun Aşağı Quşçlu kənd orta məktəbini,1981-ci ildə (indiki Sankt -Peterburq) şəhərində gizirlər məktəbini,1984-cü illərdə Sovet ordusunun Almaniya Federativ Respublikasında yerləşən hərbi hissələrinin birində zabit heyətin hazırlığı kursunu, 1996- cı ildə isə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakultəsini bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də və hərbi hissələrində kecirlən bir çox xüsusi -taktiki təlimlərdə, komanda - qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
Firudin Bayramov 1980 - 1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub,gizir və zabit vəzifələrində müxtəlif vəzifələrdə calışıb.
1992- 2003-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin məxfi hissə rəisi, qeyri- məxfi karküzarlıq bölməsinin rəisi, katibliyin (şöbə səlahiyyətində) rəisi vəzifələində Vətənə və xalqa sədaqətlə xidmət edib. “Hərbi Xidmətkecmə Haqqında” əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
2004-2010-ci illərdə ADNŞ-nin Sokar Təhlükəsizlik İdarəsində şöbə rəisinin müavini və şöbə rəisi,2011-2016-cı illərdə isə “Azərsu” ASC-də məxfi şöbənin rəisi vəzifələrində olub.
Mayor Firudin Bayramov qanunvericilikilə müəyyən olunmuş qaydada, Daxil işlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar habelə , fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə,Ağdam,Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Hərbı yoldaşları Firudin Bayramovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və digər təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Firudin Bayramov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai - sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər nümunəvi xidmətlərinə görə SSRİ Müdafiə Nazirinin, onun müavinlərinin, hərbi hissə komandirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub.
1. " SSSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
