Roza Əliqızı  1963- cü  ilin may ayının 19-da Qubatlı   rayonunun Xanlıq kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.

 1980 -ci ildə burda tam orta məktəbi, 1986-cı  ildə  isə Bakı Dövlət Ünverstetinin  jurnalistika fakültəsini bitirib.

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat xidmətində redaktor  müavini vəzifəsində çalışıb 

Ürəyi daimi  Vətən eşqi ilə döyünən bu fədakar xanım, ictimai fəal kimi   "Əsgər" qəzetinin” Əsgər Ailəsi Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyin ilk  yaradıclarından biridir. O, Qarabağ gercəklikləri və döyüşlərdən ibarət 9 dan çox kitabın, eləcə də  bir cox şerlərin, publisistik  məqalələrin müəllifidir.

Həyatda insan taleyi ilə bağlı olan bütün işlərin məsuliyyətini dərindən dərk edən Roza xanım harada  hansı vəzifədə calışmasından asılı  olmayaraq milli dəyərlərmizin  və mədəni irsimizin qorunub saxlanılmasını eyni zamanda  bu kimi keyfiyyətlərin gənc nəsilə aşılamasını özünə Vətən öhdəliyi hesab edir. Dölətciliymizin möhkəmləndirilməsi naminə var qüvvəsi ilə usanmadan calışır. 

Roza Əliqızı  birinci Qarabağ və 

44 günlük Vətən Müharibəsi günlərində,  ondan əvvəlki və sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə iştirakçılarımızın döyüş bölgələrində hərbiçilərmizin yanında olmuşdur.Qələmi ilə, öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışmaqdadır, şəhidlərimiz və qazilrimizlə bağlı bir çox məqalələri bır çox mətbu orqanlarda işıqlandır. Azərbaycan Respublikasının müharibə veteranıdır.

1992-ci ildə  ilk yaradılan   “Əsgər  Ailəsi  Cəmiyyətinin” sədri, peşəkar hərbi jurnalist  istefada olan baş- leytenant Roza Əliqızı  Azərbaycan  Respubilkası Prezdenti  yanında Qeyri  hökmət  təşkilatlarına (QHT) dəstəyi şurasının xətti ilə Türkiyədə  əsir, itgin girov düşmüş soydaşlarmızın acınacaqlı taleyləri ilə, eləcə də Qarabağ,  Xocalı və 31 mart   soyqrum həqiqətləri bağlı   Türkiyənin bir sıra   Nazirliklərində Təhsil Müəssisələrində, Mətbuat orqanlarında  tədbirlərin, görüşlərin  keçirilməsi, mətbuat orqanlarında işıqlandırılması   ücün yazlı müraciətinə razlıq aldıqdan sonra, Türkiyənin bir sıra şəhərlərində  yüksək səviyyədə tədbirlərin, görüşlərin və konfransların   keçirilməsində Roza xanımın böyük  əməyi olmişdur.

 Roza Əli qızı öz xidməti və ictimai vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərkən fərqləndiyinə, Azərbaycan  Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində xüsusi  digər sahələrdə isə görkəmli xidmətlərinə görə bir sıra medallarla, əlacı və yubiley döş  nişanları ilə təltif edilib, dəfələrlə   fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.

Roza xanım çalışdığı jurnalistika sahədə,  ictimai fəaliyyətində, yaradıcılığında, dövlətclik, vətənpərvərlik  ideyalarının təbliğinə həmişə  xüsusi diqqət yeitrib, gənc nəslin mənəvi dəyərlərimizə  hörmət ruhunda tərbiyə  olunması yolunda öz əməyini əsirgəmir.

 Azəbaycançılıq  məfkurəsinə sadiq olan vətəndaş kimi  milli birliymizin  möhkəmlənməsinə   öz töhfəsini verməyə daimi səy  göstərir. Beləcə, uzun illərin yorğunluğu Roza Əliqızı saçını, təmiz, pak əməlləri  isə üzünü ağ edibdir..