Bakı. Azərbaycanda tədbirlərin təşkili və aparıcılığı sahəsində fəaliyyət göstərən gənc mütəxəssis Dəniz Şəfahətova müxtəlif formatlı tədbirlərin hazırlanması və aparıcılığını həyata keçirir.

Fəaliyyət istiqamətlərinə korporativ tədbirlər, mədəniyyət və turizm tədbirləri, təqdimatlar, forumlar, ziyafətlər və müxtəlif sosial layihələrin təşkili daxildir.

Dəniz Şəfahət tədbirlərdə Azərbaycan, rus və ingilis dillərində aparıcılıq xidmətləri göstərir. Üç dildə işləmək imkanı xüsusilə beynəlxalq qonaqların iştirak etdiyi turizm, mədəniyyət və biznes tədbirlərində kommunikasiya baxımından üstünlük yaradır.

Tədbir təşkilatçılığı çərçivəsində konsepsiyanın hazırlanması, proqram və ssenarinin qurulması, qonaqların qarşılanması, tədbirin idarə olunması və aparıcılıq kimi xidmətlər təqdim olunur.

Gənc mütəxəssis gələcək fəaliyyətində Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm layihələrinin hazırlanmasına, beynəlxalq tədbirlərdə aparıcı və təşkilatçı kimi iştirak etməyə xüsusi diqqət ayırmağı planlaşdırır.

“Əsas məqsədim tədbirin yalnız aparıcısı olmaq deyil, tədbirin ideyasından başlayaraq bütün prosesin peşəkar şəkildə təşkilinə töhfə verməkdir”, — deyə Dəniz Şəfahətova bildirib.