Şəhid Abdullayev Həsən Cavanşir oğlu.

 1983-cü il 8 may tarixində Şərur rayon Muğanlı kəndində anadan olmuşdur.

 1989-cu ildə Muğanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 

1998-ci ildə həmin məktəbin 9-cu sinifini bitirimişdir. 

2001-ci ilin iyul ayının 9-da həqiqi hərbi xidmətə çağırılmışdır. 

Hərbi xidmətini Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yetirmişdir. 2002-ci il oktyabr ayının 10-da döyüş bölgəsində “Batabat” adlı ərazidə düşmənlə ön xəttə xidməti vəzifəsini yerinə yetirərkən Şəhid olmuşdur.

Abdullayev Həsən Cavanşir oğlunun nəşi Muğanlı kənd qəbirstanlığında dəfn edilib.

İlham Rəsulzadə