Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst xətti və xüsusi xidmətləri olmuş,yüksək peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi,səmimiyyəti,vətənpərvərliyi,qayğıkeşliyi , qayğıkeşliyi ,işgüzarlığı,səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda hərbi xidmətə həsir etmiş, polkovnik Heydərov Rasim Qəhrəman oğlunun vəfatından 10 il ötür.

Xatırladaq ki,zəhmkeş zabit, xeyirxah insan və gözəl ailə başçısı olmuş, unudulmaz və xatirələrdə yaşayan polkovnik Rasim Heydərov 2016- cı illin oktyabr ayının 3- də Bakı şəhərində vəfat etmişdir. 

Məktəb illərindən öz vətənpərvərliyinə görə öz yaşıdlarından seçilən, polkovnik Heydərov Rasim Qəhrəman oğlu 23 iyul 1962-ci ildə Naxcıvan Muxtar Respubilkasının Şərur rayonunun Tumaslı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

1979 -cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbini, 1983 -cu ildə isə Gəncə Kənd Təsərrüfatı Akademiyasının bitirmişdir.

Polkovnik Rasim Heydərov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində eləcə də Muxtar Naxçıvan Respublikasının qarnizonunda keçirilən bir çox təlim-metodiki toplanışlarda,hərbı və xüsusi taktiki təlimlərdə,müvafiq ixtisas artırma kurslarda,seminar və konfranslarda fəal iştirak etmişdir. 

 R.Heyeərov Gəncə şəhəri Kənd Təsərrüfatı Akademiyanı bitirdikdən sonra 1994-cü ilə kimi öz ixtisası üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarında çalışmışdır. 

1995-2016-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissədə ərzaq xidməti rəisi, hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə müavini vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Rasim Qəhrəman oğlu Heydərov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində vətənpərvər və işgüzar zabit kimi üzərinə düşən vəzifə və tapşırıqların icrasına şərəflə və vicdanla yanaşmışdır.

Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə polkovnik Heydərov Rasim Qəhrəman oğluna Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında vaxtında əvvəl növbəti hərbi rütbələr verilmişdir.  

Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə eləcə də hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin,Korpus və hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmiş, bir çox fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırılmış, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:

1.“Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;

6.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 iliyyi (1918-2013)” yubiley medalı ilə;

7.“Hərbi xidmətdə fəriqlənməyə görə 3 -cü dərəcəli medal ilə; 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət və igidliy göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 9 mart 2007-ci il tarixli sərancamına əsasən polkovnik Heydərov Rasim Qəhrəman oğlu “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdir. 

Heyf ki, biz 2016-cü ilin oktyabr ayının 3-da unudulmaz polkovnik Rasim Qəhrəman oğlu Heydərovu itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.

 Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev