Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Lənkəran və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrin və Azərbaycan Ordusunun həyatında özünəməxsus xüsusi xidmətləri olmuş, yüksək hərbi peşəkarlığı, humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,vətənpərvərliyi,qayğıkeşliyi,işgüzarlığı, səmərəli fəaliyyəti, intellektulal səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü SSRİ Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı polis (OMON) dəstəsində, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Azərbaycan Ordusunda hərbi xidmətə həsir etmiş, Əfqanıstan və Azərbaycan Respublikasının müharibə veteranı olmuş, unudulmaz polkovnik Hüseynov Elxan Hüseyn oğlunun oktyabr ayının 2 -də vəfatından 15 il ötür
Qeyd edək ki,zəhmkeş zabit, xeyirxah insan və gözəl ailə başçısı polkovnik Hüseynov Elxan Hüseyn oğlu 2011- cı illin oktyabr ayının 2- də Bakı şəhərində 48 yaşında vəfat etmişdir.
Məktəb illərindən öz vətənpərvərliyinə görə öz yaşıdlarından seçilən polkovnik Elxan Hüseyn oğlu Hüseynov 21 avqust 1963-cü ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1978-ci ildə Bakı şəhər 6 nömrəli orta məktəbin 8-ci sinifini, 1980-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1984 -cü ildə isə Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirmişdir.
Polkovnik Elxan Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, eləcə də Müdafiə Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox təlim-metodiki toplanışlarda,hərbı və xüsusi taktiki təlimlərdə,müvafiq ixtisas artırma kurslarda,seminar və konfranslarda fəal iştirak etmişdir.
1984-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrinin Əfqanıstanda, Macarıstan da, Türkmənistanda və Ukraynada yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə çalışmışdır.
1991- ci ildə Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı polis (OMON) dəstəsində kəşfiyyat rəisi,1992- 1997-ci illərdə Daxil i İşlər Nazirliyi Daxili Qoşunlarının Lənkəran və Hacıqabul rayonlarında yerləşən əlahiddə taborun və briqadanın ilk komandiri,1998-2001-ci illərdə isə Azərbaycan Ordusunun Bərdə və Şəmkir korpuslarında əməliyyat şöbəsinin rəisi və briqada komandiri vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Əfqanıstan və Azərbaycan Respublikasının müharibə veteranı olmuş unudulmaz polkovnik Elxan Hüseynov DİN-in Daxili Qoşunlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına və Azərbaycan Ordusuna həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar zabit kimi üzərinə düşən vəzifə və tapşırıqların icrasına şərəflə və vicdanla yanaşmışdır.
Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə eləcə də hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Azərbaycan Respublikasının Respublikasının Müdafiə Nazirinin,korpus və hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilmiş, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.
Heyf ki, biz 2011-cü ilin oktyabr ayının 2-də polkovnik Elxan Hüseyn oğlu Hüseynovu 48 yaşında itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
