Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı ,qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən, cəfakeş həkimlərmizdən biri olan Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan tibb xidməti polkovniki Quliyev Seyidağa Rəhim oğlunun sentyabr ayının 29-da 72 yaşının tamam olması
günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), Seyidağa həkimin doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Seyidağa həkim qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Geniş qələbə malik olan, insanlığın və həkimliyin ən yüksək dərəcəsinə çatmış, insanları sağlam gələcəyə aparan ali dərəcəli tıbb xidməti polkovniki Quliyev Seyidağa Rəhim oğlu 29 sentyabr 1954-ci ildə Baki şəhərində anadan olub.
Seyidağa həkim 1972 -ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakültəsinə daxil olmuş 1979-cu ildə həmin İnstitutu bitirmişdir. Seyidağa həkim dəfələrlə Azərbaycan Respubilkasının Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkimləşdirmə İnstitunda ixtisas artırma kurslarında olmuşdur.
Seyidağa həkim Azərbaycan Dövlət Tibb İnstitunu bitrdikdən 1979-l980 -cı illərdə Sumqayıt şəhər təcili yardım stansiyada çalışmışdır
S.Quliyev 1980- 1991-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nizami, Səbail və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində tibb məntəqə və tibb xidməti rəisi vəzifəsində,1992-2010-cı illərdə isə Azərbaycan Milli Qvardiyaslnda tibb xidməti rəisi, Xüsusi Dövlət Mühafizə Xidmətində tibb şöbə rəisi və tibb idarəsinin rəisi vəzifələrində xidmət etmişdir.
Seyidağa həkim Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsanamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox zabitlərə və hərbi həkimlərə nümnə olaraq Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Hippokrat andı içən Seyidağa həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendat saatı vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində ona, tibb xidmətinə (şöbəsinə və idarəsinə ) həvələ edilmis vəzifə və tapşırıqların öhtəsindən Seyidağa həkim layiqincə gəlmişdir.
Tıbb xidməi polkovniki Quliyev Seyidağa Rəhim oğlu öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,yüksək göctəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanşdığna görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Milli Qvardiya Komandanın, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında bir sira medallarla, xidmətdə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlala və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Seyidağa həkim qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı zəhmətkeş həkimdir. O istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə- də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış qohum-əqrəb arasında özünə layiq hörmət qazanmışdır.
Tibb xidməti polkovniki Seyidağa Quliyev yüksək peşəkarlığı təcrübəsi, qayğıkeşliyi, vətənpərvərliyi, humanistliyi və səmərəli fəaliyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, Azərbaycan Milli Qvardiyasında və Xüsusi Dövlət Mühafizə Xidmətində kecirmişdir.
Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Seyidağa həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SEYİDAĞA HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KECİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGİNDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...BÜTTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

