İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də vətənpərvərliyi,işgüzarlığı, mehribanlığı, sadəliyi, səmimiyyəti və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə secələn, Azərbaycan Respublikasının 

müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri müavini Şövqi Seyidovdur. 

Qeyd edək ki, Seyidov Şövqi Ağamir oğlu 1973-ce ilin oktyabr ayının 1 - də Ağsu rayonun Padarqışlaq kəndində zəhmətkeş bir ailədə dünya göz açıb.      

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ,xeyirxah və gözəl insan. Şövqi Seyidovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Şövqi qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.    

Seyidov Sövqi Ağamir oğlu 1992-1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Zəngilan Ağdam və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yernə yetirmiş və ağır yaralanmışdır.Azərbaycan Respublikasının müharibə veteranıdır. 

Ş.Seyidov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamları dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara şəxsi nümünə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş, vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, islah -əmək müəsissələrin və hərbi təchizat anbarların mühafizə olunmasında,yaşayış məntəqələrində və islah -əmək müəsissələrdə kütləvi iğtişaşların qarşısının alınmasında,axtarışda olan şəxslərin axtarllmasında və tutulmasında,cinayətkarlığa qarşı mübarizədə, səhərlərdə, yaşayış məntəqələrində və kütləvi idman tədbirlərin kecirilmə yerlərindəictimai asayişin qorunmasında və ictimai təhlükəziliyin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin qaşısının alınmasında, fövqəlada hallar zamanı hüquqi rejimin təmin edilməsinə üzərinə düşən vəzifə və tapşırıqları layıqınca yernə yetirmişdir. 

Şövqi Seyidov öz xidmət və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə bir sıra medallarıla, əlacı 

 və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edlib və adı hərbi hissənin Fəxri kitabına yazlıb.

SÖVQİ DOĞUM GÜNÜ MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev