Sentyabr ayının 28-də Gözəl qəlbli, qayğıkeş, mehriban  və  xeyirxah insan, yaxşı övlad və ailə başçısı, sabaha ümid  və inamla baxan, insanlara  hədsiz sevgisi olan, səmimiliyi, təmkinliyi və ciddiliyi ilə fərqlənən qardaşım oğlu Ramin Telman  oğlu Musayevin  44 yaşı tamam olur.

 Musayev  Ramin Telman oğlu 1982-ci ilin   sentyabr ayının  28- də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi şəhərində ziyalı  ailədə anadan olub. Ramin atası Telman əslən  Bolnisi rayonunun Senebi   kəndindən, anası mərhum   Pərişan isə Bolnisi  rayonunun Darvaz kəndindəndir.

Ramin Telman oğlu  Xətai rayon 171 saylı tam orta məktəbi və Azərbaycan Beynəlxalq Universiteti bitirib. Ailəlidir 2 övlad atasıdır.Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Hacqabil , Şəki və Zakatala rayonlarında  yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olub.Bakı şəhərində öz ali ixtisas üzrə  çalışır.

Doğum günü münasibətilə  Ramin Musayevi doğmaları, əzizləri, həyat  yoldaşı, övladları və yaxın  qohumları təbrik edir və xoş arzularını bildirir.

Biz də Bolnis rayonunun  Senebi kəndi camaatı,  eləcə də  əslən Seneb kəndindən olan şəxslər adından  Musayev  Ramin Telman oğlunu doğum günü münasibətilə ürəkdən təbrik edirik , ona uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Doğum  günün mübarək olsun qardaş  oğlu Ramin!

Dərin hörmət və ehtiramla: Unudulmaz  və xatirələrdə yaşayan Calalın (Tellinin )  oğlu Salman  Musayev