Daxili İşər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, işgüzarlığı,dərin zəkası,,sadəliyi, səmimiyyəti, idarəclik, təşkilatclıq bacarığı, səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda hərbi xidmətə həsir etmiş, ehtiyatda olan polkovnik Yunis Nizami oğlu Qasımov sentyabr ayının 27-də dünya göz açdığı xoş bir gündür .
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan polkovnik Yunis Qasımovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Yunis yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Qasımov Yunis Nizami oğlu 1974-cü ilin sentyabr ayının 27-də Azərbaycan Respublikasının Sabirabad rayonunda anadan Əslən Sabirabad rayonun Nərman kəndindəndir. Atası peşəkar və təcrübəli polis polkovnik- leytenantı Nizami Qasımov uzun illər Daxili işlər orqanlarında rayon polis şöbəsinin rəis müavini vəzifələrində xidmət etmişdir.
Y.Qasımov 1990 -cı ildə Səbirabad rayonunda orta məktəbin 8-ci sinifini , 1992-ci ildə Bakı şəhərində fizika-riyaziyyat və informatika təmayüllü liseyi, 1996-cı ildə isə Azərbaycan Texniki Universiteti Dövlət Universiteti bitirmişdir.
Yunis Qasımov 1994-1996 -cı illərdə DİN-in Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Polkovnik Yunis Qasımov 1996- 2024- cü illərdə Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin doyüş hazırlığı idarəsində certyojcu, Daxili Qoşunların Nərmanov, Qaradağ, Lənkəran, Qəbələ,Bərdə və Xəzər rayonlarında yerləşən hərbı hissələrdə ( hərbi hospitalda) və Ali hərbi məktəbdə taqim komandiri, bölük komandiri , hərbi hissənin mənzil - istismar xidməti rəisi, hərbi hissə komandirinin və Ali hərbi məktəb rəisinin maddi -texniki təminat üzrə müavini vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib.
Yunis Nizami oğlu Qasımov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində,dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların, hərbi təchizatl anbarlarının mühafizəsində,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısımın alınmasında, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqələda hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanl hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Polkovnik Qasımov Yunis Nizami oğlu yüksək intellektual səvviyəsi, xeyirxahlığı, insanpəvərliyi və humanistliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 (iyirmi doqquz) ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib.
Yunis Qasımov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun daimi nümnə olmuşdur.
Polkovnik Yunis Qasımov Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və Ali hərbi məktəbində rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində, hərbi hissədə və ali hərbi məktəbdə bir sıra komissiyaların üzvü və məqsədli qrupun rəhbəri olduğu müddətdə o,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində daimi Daxili Qoşunların Komandanlıgının və hərbi hissə komandirinin diqqət mərkəzində olmuşdur.
Dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş və xüsusi əməliyatlar zamanı igidlik göstərdiyinə, öz xidmət vəzifələrini və hərbi hissə və Ali hərbi məktəb qarşısında qoyulmuş tapşırıqları yerinə yerınə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi. digər xidmətlərə görə, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018- ci il tarixli Sərəncamı ilə, Daxili İşlər Nazirinin , Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Ali hərbi məktəb i rəisinin və hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə polkovnik Yunis Qasımov əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1."Hərbı xidmətlərə görə” "medalı ilə;
2. “Qüsursuz xudmətə görə” 1-ci dərəçəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
7.“Azərbaycan Respubilkası Silahll Qüvvələrinin 100 illiyi (1918-2018)”yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN YUNİS!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.ÖMRÜN UZUN OLSUN!
100 YAŞA, SAĞLAM YAŞA
Azərbaycan Respubilkasının Silahlı Qşqüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

