Daxili İşlər Nazirliyiinin (Din-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, sadəliyi, səmərəli fəaliyyəti, xeyirxahlığı, zəhmətkeşkiyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 (otuz bir) ilini hərbi xidmətdə keçirən,Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- isteftda olan polkovnik- leytenant Yusif Hacıyevin sentyabr ayının 26-da 58 yaşının tamam olması münasibətilə onu Daxili İşlər Nazirliyiinin 

 (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyata və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,Yusif qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan polkovnik- leytenant Hacıyev Yüsif Yusif oğlu 26 sentyabr 1968-ci ildə Gəncə şəhərində peşəkar hərbiçi ailəsində anadan olub. ( Yusif əslən Tovuz rayonundandır)    

Y.Hacıyev 1985-ci ildə Abşeron rayonun Xırdalan şəhərində 2 nömrəli məktəbi, 1989-ci ildə SSRİ Müdafiə Nazirliyinin Volski arxa cəbhə xidmtləri üzrə ali hərbi məktəbi bitirmişdir.

 Polkovnik -leytenant Yusif Hacıyev 1989-ci ildən 1991-ci ilə kimi Sovet Ordusunun Ukrayna və Qazaxıstan Respubilikalarında və Saratov şəhərində yerləşən hərbi hissələrində hərbi hissənin ərzaq və əşya (geyim) xidməti rəisi vəzifələrində olmuşdur.  

 O,1992-ci ilin yanvar ayından - 2016-cı ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Hacıqabul və Xəzər rayonlarında, yerləşən hərbi hissələrində və alı hərbi məktəbində döyuş hazırlığı bölmə rəisinin müavini, hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə miavini, Daxili Qoşunların Bas İdarəsinin maddi -texniki təminat idarəsində əşya (geyim) xidmətinin baş zabiti və xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasında isə baş inspektor vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.  

Yusif Hacıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

 Hacıyev Yusif Yusif oğlu qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyətli obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizə olmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant zamanı hüquqi rejimin təmin olunmasında eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlar istiqamətində gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Y.Hacıyev öz tabeliyində olanlara və digər hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində daimi nümünə olmuşdur.

 Hacıyev Yüsif Yusif oğlu Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularla komandir hazırlığı üzrə, hərbi hissə komandirləri və onların müavinləri, hərbi hissələrin əşya xidmət rəisləri, böluk komandirləri, bölüyün baş cavuşları və anbar rəisləri ilə planlaşdırılmış məşğələlərin, taktiki və nümnəvi göstəricil təlimlərin və metodiki təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

O, DİN-in Daxili Qoşunların Baş İdarəsin İnispeksiyasının yarandığı gündən İnspeksiyada baş inspektor vəzifəsində uzun müddət xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnispeksiya (yekun,təlim,ümümi və qəflətən) yoxlamaların keçirilməsi üzrə müasir tələblərə uyğun lazımi hüqüqi normativ aktların (sənədlərin) hazırlanmasında, yoxlamaların isə obyektiv aparılması, düzgün qiymətləndirilməsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. 

Yusif Hacıyev qorxmaz, insanpərvər, saxavətli, əliacıq, vəfalı bir zəhmətkeş baş zabitdir. O, istər təhsil aldıgı orta və ali hərbi məktəb illərində, istərsədə xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar və təcrübəli zabit -istefada olan polkovnik-leytenant Yusif Hacıyev xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, idarə (xidmət) və təhsil aldıgı ali hərbi məktəb rəislərinin,hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda əla xidmətlərə görə “əlacl, yubiley və idman dərəcəsi” döş nisanları ilə təltif olunub, dəfələrlə qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib. 

  Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən xüsusi fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxılı İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub: 

1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2. “SSRİ Silahlı Qüvvələrinin 70-illiyi (1918-1988)” yubiley medalı ilə;

3. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10-illiyi (1991- 2001)” yubiley medalı ilə;

4.“Azərbaycana Respubilkasının 90-illiyi (1918-2008)” yubileyi medalı ilə;

5. “Azərbaycan Respubilkasının 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;

  6."Qüsursuz xidmətə görə” 1-ci (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvimi ili xidmətə görə;

7. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

8.”Qusursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN YUSİF!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respubilkasının Silahlı qüvəlləri veteranı və nüharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev