Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,səmimiyyəti, sadəliyi, dəqiqliyi, təmkinliyi,işgüzarlığı, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə  seçilən, Allahın verdiyi şərəfli və mənalı həyatının 16 - ildən çoxunu hərbi xidmətə həsir edərək şərəfli yol keçmiş, Azərbaycan Respublikasının  müharibə veteranı- istefada olan kaptan Zeynalov Xoşbəxt  Xankişi  oğlunun  sentyabr ayının 26- da dünyaya göz acdığı xoş bir  gündür.


    Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, istefada olan kaptan Xoşbəxt Zeynalovu  26 sentyabr  doğum günü  münasibətilə Daxili  İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,  yaxınları,  iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona  həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Xoşbəxt  yaşnızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


   Kaptan Zeynalov Xoşbəxt Xankişi  oğlu 1959 – ci ilin sentyabr ayının  26 -da Ağdam rayonunun  Əliağalı kəndində  zəhmətkeş ailədə anadan olub. 


   1976-cı ildə Ağdam rayonunun Əliağalı  kənd orta məktəbi bitirib.1982 -ci ildə Ağdam Texniki Peşə məktəbini bitirdikdən sonra, Şuşa  Kənd təsərrüfatı texnikonunda  təhsil alıb.1985- ci ildə  SSRİ  Daxili Qoşunlarının Tiflis şəhərində yerləşən tədris  hərbi hissəində gizlər hazırlayan  məktəbi bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.


   1978 - 1980 -ci illərdə Sovet Ordusunun Amur  Vilayətində (Xabarovski və Primorski  diyarlarında) yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi  hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub.


  1982- 1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy- mühafizə  hərbi hissəində qarovul rəisi və  taqım komandirinin  müavini  vəzifələrində işləyib.


  1992- 1996 -ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxil Qoşunlarının Ağdam  və Füzuli rayonlarında  yerləşən hərbi hissələrində taqım  komandiri, bölük komandiri, tabor komandirinin müavini - tabor qərargahının rəisi  vəzifələrində  Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.


 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və  Füzuli rayonları  istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edib.


  Xoşbəxt Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və  digər təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.


    Qanunvericiliklə müəyyən olunmuş  qaydada   Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və taşırıqların  yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində   və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində  və isıah -əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqəladə  hallar, habelə  fövqəladə  vəziyyət  və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


    Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları təltif edilib, pul mükafatları ilə, bir şox  fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində xidməti vəzifə borclarını yerinə yetirərkən rəşadət göstərdiyinə və fəriqləndiyinə görə  aşağıdakı medallarla təltif edilib:



“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15  təqvim ili xidmətə görə;


“Qüsursuz xidmətə görə” 3-cü  dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


  3.”SSRİ Silahlı Qüvvələrinin 70 iliyi (1918-1988)”

yubiley medalı ilə.


 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN XOŞBƏXT!

 BÜTÜN ARZULARIN CİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə    veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman  Calal  oğlu Musayev