Daimi həyatın bütün imtahanlarından alnı açıq və üzü ağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan kapitan Vahid Cəfərovun sentyabr ayının 25-də 58 yaşının tamam olması günü münasibətilə onu, Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Vahid qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl sizi istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Cəfərov Vahid Arif oğlu 1968 -ci ilin sentyabr ayının 25 də Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1975--ci ildə Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi bitirdikdən sonra 1987-ci ildə Tallin Ali Hərbi Siyası İnşaatçılar məktəbinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir.
Kapitan Cəfərov Vahid Arif oğlu 1991- 1992- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya hərbin dairəsində böluk komandirinin tərbiyəvi işləri üzrə müavini , 1993-1999-cu illərdə isə Din-in Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Hacıqabul, Zaqatala, Ağdam, Füzuli rayonlarında, Sumqayıt şəhərində və Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində böluk komandiri, alayın qərargah rəisinin köməkçisi, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin müavinini vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikasının müharibə veteranı istifadə olan - kapitan Cəfərov Vahid Arif oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində ona və xidmət etdiyi hərbi hissəyə (bölüyə) həvalə edilmiş vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir. üzərinə düşən vəzifə və tapşrıqları layıqınca yerinə yetirmişdir.
Azərbaycan ərazi bütövlüyü uğrunda ( Kəlbəcər, Lacın, Ağdam, Ağdərə, Füzuli istiqamətində) gedən döyüş və xüsusi əməliyyatlarda fəal iştirak etmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə bir sıra medallarla əlavə və yubiley döş nişanlarl ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VAHİD!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞİNDA ÜMİD EDİRƏM BİR "MÖCÜZƏ İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev





