Daxili İşlər Nazirliyi  (DİN) Daxili Qoşunlarının   Zakatala rayonunda yerləşən hərbi hissənin həyatında  özünəməxsus dəst-xətti   olan, Vətənpərvər,  özünə  və ətrafındakı    insanlara  qarşı  çox səmimi, diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, tavazokar, nüfuzlu, şaf əqidəli insan, Dövlətinə, millətinə   sadəqatli insan, ehtiyatda olan baş  gizir  Məmmədov  Calal Müzafir oğlunun  sentyabr ayının  30-da dünyaya  göz açdığı xoş  bir günüdür!..

Sədaqətli və səmimi insan, Calal  Məmmədovu  doğum  günü münasibətilə doğmaları, əzizləri və yaxınları təbrik edir.

Biz də  Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi  vəzifələri)   olmaqla baş  gizir   Calal Məmmədovu doğum  günü münasibətilə ürəkdən təbrik edir,  Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik,  gözəllik,  ailə səadəti və  firavan həyat arzulayırıq!.. 

Qeyd edək ki,Böyüyündən kiçiyinə hər  kəsin  hörmətini və  halal  zəhməti,  dürüstlüyü  sayəsində ətrafında olan  insanların böyük etibarını qazanmış, ehtiyatda olan baş gizir   Məəmmədov Calal Müzafir  oğlu 1977-ci illin sentyabr  ayının 30-da Koronboy rayonunda anadan olub.

1995-2016-cı illərdə Daxili  İşlər Naziyirliyi Daxili Qoşunlarının Zakatala rayonunda yerləşən hərbi hissədə  müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi  xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş  və yubiley nişanları  ilə tətif  olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb, Calal Məmmədova təşəkkür elan elan edilib və aşağıdakı medallar ilə təltif olunub:

1. “Qüsursuz xidmətə görə” 1-ci (Ali ) dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2. “Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.“Qüsursuz xidmətə  görə”3-cü dərəcəli medal ilə- Silahlı  Qüvvələrdə-10 təqvim  ili xidmətə görə;

4.“Azərbaycan  Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2000)” yubiley  medalı ilə;

5.“Azərbaycan Respublikasının  Silahlı  Qüvvələrinin 90 illiyi  (1918-2008)” yubiley medalı ilə.

CALAL DOĞUM   GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA  VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və   müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas  polkovnik  Salman Musayev