Daxili İşlər Nazirliyi (DİN -in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan, peşəkarlığı, sadəliyi, idarəçilik bacarığı, səmərəli fəaliyyəti, vətənpərvərliyin və işgüzarlığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin üzvü-istefada olan polkovnik Şabanov Sabir Qarakişi oğlu 29 avqust 1956 - ci ildə Şamaxı rayonun Göylər kəndində kolxozçu ailəsində anadan olub.

1973- cü ildə Şamaxı rayonun Göylər kənd tam orta məktəbini, 1974-ci ildə Zabaykal Hərbi Dairəsinin tədris alayında çavuş hazırlığı (manqa komandiri və taqım komandirinin müavini ixtisası üzrə) kursunu,1977 -ci ildə Daxili Qoşunların Tiflis şəhərində yerləşən dviziyanın tədris alayında güzirlər (bölüyün baş cavuşu, qarovul rəisi və taqım komandiri ixtisası üzrə) məktəbini,1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi komandirlər məktəbini, 1996-cı ildə isə Bakı Dövlət Universitetini (hüquqşunas ixtisası üzrə) bitirmişdir.

1973-1974-cü illərdə Bakı şəhərində Tunel Tikinti İdarəsində fəhlə işləyib.1974-1976 -cı illərdə Zabaykal Hərbi Dairəsində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə manqa komandiri (çavuş hərbi rütbəsində ) vəzifəsində olub.

1977 -1980- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Tiflis şəhərindəki divizyanin Baki şəhərində yerləşən əlahiddə konvoy (müşayiət) hərbi hissəsində bölüyün baş cavuş, 1984 -cü ilin iyul ayından 1992-ci ilin aprel ayına kimi isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ukrayna Respublikasının Vinnic, Xmelinski, Şipitovka, Lüqansk şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri vəzifələrində xidməti borcunu uğurla yerinə yetirmişdir. 

1992- ci ilin aprel ayından 1997- ci ilin son ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərmanov rayonunda yerləşən hərbi hissənin (ilk) qərargah rəisi, Ağdam rayonunda yerləşən hərbi hissənin (ilk) hərbi hissə komandiri, Daxili Qoşunlar Komandanının silah və texnika üzrə (ilk) müavini vəzifələrində xidmət edib.        

1998- 2008 -ci illərdə Təvəkkül Ünverstetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbəsinin rəisi vəzifəsində işləyib.

Polkovnik Sabir Qarakişi oğlu Şabanov 1992-ci il iyun 12 -də təməli özü tərəfindən qoyulan hərbi hissənin komandiri kimi alayın bütün şəxsi heyəti ilə Ağdam rayonuna yollanaraq, Ağdam və Ağdərə bölgəsinin müdafiəsini təşkil etmişdir.Daxili İşlər Nazirın mivafiq göstərişi ilə, Ağdam və Ağdərə rayonu istiqamətində DİN-in Daxili Qosunlarin birləşmiş hərbi hissələrinə və polis dəstələrinə rəhbərlik etmək üçün o, ön cəbhə qərargah rəisi vəzifəsinə təyin edilərək üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

S.Şabanov 1993- ci ilin noyabr ayınin 13- dən, 1994-cü ilin may aynın 12-nə kimi Azərbaycan Respublikasının Füzuli rayonunun ərazi bütövlüyü uğrunda gedən agır döyüşlərdə DİN-in Daxili Qoşunların birləşmiş hərbi hissələrinin və polis quruplaşmasının hücum əməliyyatını işləmək və döyüş hərəkətlərini idarə etmək üçün mütamadi olaraq ezamiyyətdə olduğu müddətdə, məhz onun rəhbərliyi ilə bir necə yaşayış məntəqələri işğalçı erməni ordusundan azad edilmişdir.

1994-1997-ci ilərdə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına zabitlərin, qizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hərbi xidmətə qəbulu, hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi, hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi, tərbiyə edilməsi, hər bir hərbı quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi, təhsil almaga göndərilməsi və onlara ilkin zabit rütbəsinin verilməsi ilə bağlı- polkovnik Sabir Şabanov Daxili Qoşunların Bas İdarəsində mandat, attestasiya komissiyalarının üzvü olduğu müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifə borclarını əla yerinə yetirdiyinə görə, Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında Sabir Şabanova vaxtından əvvəl "polkovnik- leytenant və "polkovnik" hərbi rütbələri verilmişdir.

1992 -ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polkovnik Şabanov Sabir Qarakişi oğlu fəriqləndiyinə və xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yaşadığına görə ona, Daxili İşlər Nazirnin müvafq əmri ilə "Boz Qurd " fəxri adı verilib.

Polkovnik Şabanov Sabir Qarakişi oğlu öz xidməti, ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət kecdiyi dövrdə göstərdiyinə digər xidmətlərə görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın, diviziya və hərbi hissə komandirlərinin və onların müavinlərinin, təhsil aldıgı təhsil müəssisələrinin məktəb rəislərinin və rektorunun müfaviq əmrləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə heyətinin isə qərarı ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə diplomlarla, fəxri fərmanlarla, (pul mükafatları ilə),qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.“SSRİ Silahlı Qüvvələrinin yaranmasının 60 illiyi (1918-1978)” yubiley medalı ilə;

2.”SSRİ Silahlı Qüvvələrin yaranmasının 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

6.“ Böyük Zəfər” medalı ilə.

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev.