Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən,ehtiyatda olan mayor İbadov Elşən Eyvazl oğlu 1984-cü ilin oktyabr ayının 19-da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. 

Mayor İbadov Elşən Eyvaz oğlu 2001-ci ildə Bakı şəhər A.Hüseyinzadə adına 20 nömrəli məktəbi-liseyi, 2005-cü ildə Azərbaycan Diplomatiya Ünverstetini (ADU), 2009 -cu ildə Azərbaycan Dövlət İqtisadi Ünverstetini bitrib.   

Ramil Hacıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə fəal iştirak edib.

2005-2006- ci illərdə Dövlət Sərhəd Xidmətinin Zakatala rayonun ərazisində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

2009-2026-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib. Daxili Qoşunların hərbi hissələrinin birindən tərbiyə bölməsinin rəisi - baş təlimatçı vəzifəsindən ehtiyata buraxlıb. 

Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu və güllə atıcılığı üzrə birinci dərəcəli idmancı kimi göstərən- ehtiyatda olan mayor Elşən İbadov DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi yoldaşları Elşən İbadovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və digər təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.

Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə xidmətdə fəriqləndiyinə görə əlacı , yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olnub,diplomlarla,fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəqiqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013)” yubiley medalı ilə;

2."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi ( 1918 - 2018 )” yubiley medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4"Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 1-ci (Ali) dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

Hörmət və ehtiramla : Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev