Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının həyatında özünəməxsus xüsusi xidmətləri olan, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli peşəkar və təcrübəli zabit, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı, istefada olan polkovnik İbadov Nəsib Rza oğlu 1966-cı ilin sentyabr ayının 19-da Azərbaycan Respublikasının Lerik rayonun Vistən kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983-cü ildə Lerik rayonun Vistən Kənd orta məktəbi bitirib
1984-1986-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edib.
1990-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika fakültəsini, 2000-ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybət təlim-tədris mərkəzində tabor komandiri kurslarını bitirib.Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyəyə Silahı Qüvvələrində işgüzar səfərdə olub.
1993-2026-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Lənkəran , Hacıqabul Binəqədi, Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə AİS xidmətinin rəisi, qərargah rəisinin xidmət üzrə köməkçisi, hərbi hissə komandirinin maddi -texniki təminat üzrə müavini, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə növbətçi və növbətçi xidmətinin rəisi vəzifəsində xidmət edib.
Polkovnik İbadov Nəsib Rza oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1." Hərbi xidmətə görə fərqlənməyə görə" 1-ci dərəcəli medal ilə;
2.“ Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə;
3.“ Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
5.“Qüsursuz xidmətə görə” 1-ci (Ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
9.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
10."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında , mütəşəkkil cinayətə qarşı mübarizədə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərləşdirilməsi də, dövlətin ərazi bütövlüyünün edilməsində xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentininmüvaiq sərəncamı ilə polkovnik İbadov Nəsib Rza oğlu. Aşağıdakı medallarla təltif olunub:
1.“Hərbi xidmətlərə görə” medalı ilə ;
2.“Vətən uğrunda” medalı ilə.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
