Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı,iradı, humanistliyi,işgüzarlığı , mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi,sadəliyi,vətənpərvərliyi və təvazökarlığı ilə seçilən, ömrünün 23 ildən çox şərəfli hərbi xidmət yolunu hərbi xidmətə həsr etmiş polkovnik İsayev Nəriman Hüseynqulu oğlu 1975-ci ilin sentyabr ayının 19-da keçmiş SSRİ-nin tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasında zəhmətkeş bir ailədə anadan olub.
1992-ci ildə Bakı şəhərində 28 nömrəli orta məktəbi,1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 1999-cu ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabitlərin İxtisasartırma kursunu bitirib.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,Ali hərbi məktəbində və hərbi hissələrində keçirilən bir çox təlim -metodiki toplanışlarda,idman yarışlarında, hərbi xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib
N.İsayev 2000-2004-cü illərdə Azərbaycan ordusunda taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində çalışıb.
2004- 2024 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin mənəvi- psixoloji hazırlığı şöbəsində müzey rəisi, hərbi hissələrdə isə tərbiyə bölməsinin rəisi-baş təlimatçı, alay və briqada komandirlərinin eləcə Daxili Qoşunların Ali hərbi məktəb rəisinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Nəriman İsayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
N.İsayev Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş vəzifə və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında,qanunsuz silahlı dəstələrin axtarışınd a və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda əla xidmətlərə görə, əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili günü xidmətə görə.
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
3.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ılə.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq,dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,döyüş zamanı igidlik göstərdiyinə,öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik İsayev Nəriman Hüseynqulu oğlu Azərbaycan Respublikası Prezidentinin 22 may 2015 -cı il tarixli 329 nömrəli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
