Daxili işlər orqanlarının,Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin həyatında özünəməxsus xidmətləri olmuş, peşəkarlığı, təşkilatclıq bacarığı, işgüzarlığı, səmimiyyəti,iradi,mənəvi keyfiyətləri və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü daxili işlər orqanlarında və hərbi xidmətdə keçirmiş, hörmətli veteranmız, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü -istefada olan polkovnik -leytenat İmran İkram oğlu Musayevin avqust ayının 20-də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin üzvü- istefada olan polkovnik -leytenant Musayev İmran İkram oğlu 1958-ci ilin avqust ayının 20-də Xaçmaz rayonuun Xudat şəhərində anadan olub.
1965 - ci ildə Xaçmaz rayonunun Xudat şəhərində birinci sinifə getmiş, 1976-cı ildə həmin məktəbi,1981- ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Norilisk şəhərində yerləşən xidməti itlərin tətbiqi üzrə məktəbi bitirmişdir.
1976-1978-ci ilərdə Sovet ordusunun Piribaltika şəhərində yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1979-1992 -ci ilərdə Daxili İşlər Nazirliyinin Baş cinayət axtarış idarəsnin xidməti itlərin tətbiqi bölməsində müxtəlif vəzifələrdə işləmişdir.
1992-1994-cü ilərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən əlahiddə xidməti itlərin yetişdirilməsi və tətbiqi məntəqənin rəisi, 1995-1999 -cu ilərdə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində xidmət işlərin tətbiqi və hazırlığı üzrə xidmət rəisi, 2000- 2004-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsində xidməti itlərin tətbiqi üzrə baş zabit vəzifəsində, 2005-2008-ci illərdə isə Dövlət Sərhəd xidmətinin Bakı şəhərində yerləşən hərbi hissələrinin birində hərbi hissə komandiri vəzifələrində Millətə,dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
İmran Musayev qanunvericiliklə müəyyən edilmiş qaydada DİN-in Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, kommunikasiya qurğuların, xüsusi yüklərin, maddi- texniki və hərbi təchizat anbarların (hərbi bazaların) mühafizə edilməsində,yaşayış məntəqələrində və islah- əmək müəssələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərlərdə, digər yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendat xidməti zamanı hüquqi rejimin təmin edilməsində, cinayətkarlığı qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, partlayıcı quruğuların və digər maddələrin axtarlıb tapılmasında,1990-1994-cü illərdə isə Azərbaycanın ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.
İmran İkram oğlu Musayev Daxili Qoşunlara, həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, Azərbaycan Respublikasıında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorumasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlün təmin olunmasında fərqləndiyinə, döyüş və xüsusi əməliyyatlar zamanı şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002- ci tarixli Sərəncamı ilə, Daxili işlər nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinin, Din Baş Cinayət -Axtarış İdarə rəisinin, Azərbaycan Dövlət Sərhəd Xidmət rəisinin və onun müavinlərinin, idarə və xidmət rəislərinin müaviq əmirləri ilə polkovnik- leytenant Musayev İmran İkram oğlu əla xidmətlərə görə əlacı və yubiley döş nişanlarlı ilə təktif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükavatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:
1. “Hərbi xidmətlərə görə” medalı ilə;
2.“Azərbaycan Resıubilkasının Silahlı Qüvvələri veteranı” medalı ilə;
3. “Qusursuz xidmətə görə 1-ci (Ali ) dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 2 dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5. “Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medala ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə;
6.“Azərbaycan Reslubilkası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
7.“Azərbaycan Respubilkası Solahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
İmran Musayev Azərbaycan Respublikası Konstitusiyasınına,və qanunlarına,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, xidməti itlərin yetişdilməsi ,hazırlanması və tətbiqi üzrə əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə öz tabeliyində olanlara şəxsi nümnə olmuşdur.
İmran Musayev Daxili İşlər Nazirliyinin Cinayət axtarış baş idasənin xidmət itlərin tətbiqi üzrə bölməsində və Daxili Qosunlar Baş İdarəsində müxtəlif rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir sira komissiyaların və məqsədli qurupların üzvü olarkən o,səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə , nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır
Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində və xidməti itlərin saxlama məntəqələrində və təlim şəhərcliklərində xidməti itlərin yetişdirlməsi, hazırlanması və tətbiqi üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlmatların, lazımi təminat normaların,formalaşdırılmış sənədlərin, ixtisas hazırlığı üzrə tədris proqramların, metodiki dərs vəsaitlərin hazırlanmasında,xidməti itlərin tətbiqi üzrə kiçik mütəxəssislərinin hazırlanmasında, onlara lazımı təlim- metodiki toplanışlarının, xüsusi- taktiki təlimlərin, nümnəvi -göstərici məşğələlərin və müvafiq kursların keyfiyyətilə kecirilməsində polkovnik-leytenant İmran Musayevin böyük rolu olmuşdur.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri vetranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
