Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı,təcürbəsi, humanistliyi, insanlara qarşı, qayğıkeşliyi, mehribanlığı və xeyirxahlığı ilə seçilən, öz işini sevən, özünə hörmət edən, öz ixtisasını dərindən bilən, bilikləri ilə insanların sağlamlığının keşiyində dəyanətlə dayanan, öz peşəsinin ustadı olan ali dərəcəli həkimlərdən biri olan- tibb xidməti mayoru Xalidə Cəfərovanın sentyabr ayının 26-da dünyaya göz acdığı xos bir gündür.

Daha doğrusu 60 illik yubileyidir 

60 illik yubileyi günü münasibətilə münasibətilə Xalidə həkimi Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Xalidə xanım qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin. 

  Sözün əsl mənasında hippokrat andına həmişə sadiq qalan fədakar həkim- istefada olan tibb xidməti mayoru Cəfərovova Xalidə Tahir qızı 26 sentyabr 1966- cü ildə Baki şəhərində zəhmətkeş bir ailədə anadan olub. 

  Zəngin mənəviyyata, yüksək insanı keyfiyyətlərə malik olan Xalidə həkim 1983-cü ildə Bakı şəhər 12 nömrəli tam orta məktəbi, 1990- cu ildə Azərbaycan Tibb Universitetini bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Dövlət Həkimlərin Təhkimləşdirmə İnstitutunda dəfələrlə müvafiq ixtisas artırma kurslarında olub.

 Xalidə Tahir qızı Cəfərova 1990- ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təyinatla 1993- cü ilin may ayına kimi Respubilka xəstəxanasında öz ixtisasına uyğun işləmişdir.1993- cü ilin iyun ayından - 2017 cü ilin dekabr ayının sonunadək Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Qaradağ,Nərimanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə (hərbi hospitalda) ordinator, tibb məntəqə və tibb xidmət rəisi, DİN-in Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində və Sanitar Epidemilogiya Dəstəsində (SED-də) isə baş zabit vəzifələrində xidmət etmişdir. 

  Xalidə Cəfərova yuksək vətənpərvərliyi, peşə ustalığı və aslan hünəri ilə sayılıb seçilən Daxili Qoşunların kolektivində mehriban və zəhmətkeş həkim, özünə və kollektivə qarşı tələbkar, ən yadda qalan həkim və fədakar baş zabit kimi tanınmışdır. Ürəkaçan xidməti, fəaliyyəti ilə şəxsi heyətin dərin rəgbətini qazanımışdır.

Xəlidə xanım Daxili Qoşunlarda hərbi xidmət müddətində mütəxəsis həkim kimi, üzərinə düşən zabit şərəfini ləyaqətlə qoruyan, onun məsuliyyətini dərindən dərk edən , tələbkar, təcurbəli və vicdanla çalışan həkimlərdən bir olmuşdur.  

  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi nizamnamələrin,hərbi hospital haqqında əsasnamə və təlimatların tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində Xalidə xanım bir çox hərbi qulluqculara və tibb işcilərinə nümünə olmuş, hippokrat andına isə həmişə sadiq qalmışdır.   

Tibb xidməti mayoru Xalidə Cəfərova Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında,ali hərbi məktəbdə və Daxili Qoşunların Baş İdarəsinin Tibb Xidmətində və SED-də xidmət etdiyi illər ərzində bilik və baçarığını heç vaxt əsirgəməmiş, ona həvalə edilmiş vəzifələri, tapşırıqları, göturdüyü öhdəliyi layiqincə yerinə yeritməklə , hərbi həkim adına sadiq qalmaqla Daxili Qoşunlarda bir hərbi həkim kimi şərəflə xidmət etməyi özünə qürur hissi hesab edərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir   

Ali dərəcəli həkim- istefada olan tibb xidməti mayoru Xalidə Cəfərova humanistliyi, sadəliyi, səmimiyyəti,dərin zəkası, vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi, səmərəli fəaliyyəti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli hərbi xidmət yolunu Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin tibb xidmətində və hərbi hospitalında keçirmişdir.   

Ali dərəcəli həkim Xalidə Cəfərova DİN-in Daxili Qosunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində bir baş zabit kimi üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.   

   Öz xidməti və ictimai vəzifələrini və hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyonə görə, Xalidə həkim Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi məktəb rəisinin, hərbi hissə komandirinin, hərbi hospital rəisinin müvafiq əmrləri ilə əlacı və yubiley nişanları ilə təltif olunmuşdur,bir çox fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;

2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-ılliyi (1918-2008)”yubiley medalı;

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

 4.“Qüsursuz xidmətə görə” 1-ci (Ali) dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

5. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6. “Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

 60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN

XALİDƏ XANIM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA,SAĞLAM YAŞA.

 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev