Bakımüstəqil TV-nin Redaktoru Abbasov Eldəniz İmran oğlu,“Pedaqogika” üzrə fəlsəfə doktoru, hərbi jurnalist, istefada olan leytenantdır.
O, 1961- ci ilin aprel ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Eldəniz Abbasovun atası İmran Abbasov Azərbaycan Respublikasında fəlsəfə doktoru, Türkiyə Respublikasında isə fiologiya üzrə dosent, anası Minirə Gülməmməd qızı Qarayeva isə tanımış dilci -alim, pedaqoq və fəlsəfə üzrə professor olmuşdur.
Eldəniz İmran oğlu Abbasov orta təhsilini Bakı şəhəri 190 və 13 nömrəli orta məktəblərdə alıb.
1985- cı ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitrib
1985-1991-ci illərdə Azərbaycan Respublikasının mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Əsgər” qəzetinin ilk məsul katibi vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Leytenat Eldəniz Abbasov Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra, uzun müddət Elmi Tədqiqat İnustutunda böyük elmi işçi, mətbuat orqanlarında isə müxtəlif vəzifələrdə çalışmışdır.
Leytenant Eldəniz Abbasov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları bir hərbi jurnalist kimi məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir
.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.