Gözəl vətən, çiçəklənən cənnətinə qürban olum,
Xalqlarının birliyinə, vəhdətinə qurban olum.
Düşmənə dəhşət yaşadan, qırxdörd günə tarıx yazan,
Ölməz şəhid ərlərimin qeyrətinə qurban olum.
Poladların yenilməyən vətən, torpaq sevgisinə,
Mübariztək igidlərin şöhrətinə qurban olum.
Düşmələrin əzmin, gücün Şuşada tarmar eyləyən,
Qalib milli ordumuzun qüvvətinə qurban olum.
Yüz illərdi qızıl kimi xırdalanan, bölüklənən,
Yağmalanan torpağına, sərvətinə qurban olum.
Dünyanı heyrətdə qoyan Qarabağın
Fatehinə,
Ali Baş Komandanımın qüdrətinə qurban olum.
Ay Gülmaya, çin olacaq bütöv vətən arzuların,
Millətimin vətənpərvər xislətinə qurban olum.
