Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Bakımüstəqiltv.info bununla bağlı President.az-a istinadən xəbər verir.


Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:


"Vətən uğrunda" medalı ilə


Abbasov Abbas Tofiq oğlu - polkovnik


"Hərbi xidmətlərə görə" medalı ilə


Məmmədov Anar Əliağa oğlu - polkovnik-leytenant


Əliyev Fariz Atabəy oğlu - mayor


Hüseynov Musa Mirzağa oğlu - mayor


Quliyev Vahid Vaqif oğlu - mayor


Şirinov Seymur Kamran oğlu - mayor.