Allaha ,, tək" deyirsən, 

Düşünmə təkdi Allah. 

Yaratmaqla dünyanı, 

Gör nələr çəkdi Allah. 

Yaratdı quş, şir, bəbir, 

İnsanda dözüm, səbir. 

Ağacları birbəbir, 

Əliylə əkdi Allah. 

Onda olan xoş baxış, 

Dünyaya saldı naxış. 

Göy üzündən qar, yağış, 

Aramla tökdü- Allah. 

Dostluq edir bəşərlə, 

Seyr edir xoş nəzərlə. 

Övliya, Peyğəmbərlə, 

Canbir, ürəkdi Allah. 

Ruhumuzu düz üstdə, 

Kökləyib haqq söz üstdə. 

Bəlkə çiynimiz üstdə, 

Özü mələkdi Allah? 

Dərk eyləyib qansana, 

Yoldaşıdır hər an sana. 

Rəhmi gələr insana, 

Qəlbi kövrəkdi Allah. 

Yaradıbdır ruzi bol, 

Ye, halala sahib ol. 

Bu dünyanı neçə yol, 

Bax, qurub tikdi -. Allah. 

O Peyğəmbər Xatəmi, 

Seçdi könül həmdəmi. 

Bir almayla Adəmi, 

Sınağa çəkdi Allah. 

Həm başbilən, həm naşı, 

Hamı dostu, qardaşı. 

Ziba da can sirdaşı, 

Deməyin, təkdi Allah! 

24.09.2025

Ziba Sevindik