Bakımüstəqil TV - nin Baş redaktoru Hüseynli( Hüseynov) Mərdan Hüseyn oğlu 1 noyabr 1964 - cü ildə Tovuz rayonunun Pələkli kəndində dünyaya göz açıb.Bakı Dövlət Üniversitesinin Filologiya, DİN-in Polis Akademiyasının Hüquqşünaslıq ixtisasları üzrə ali təhsil almışdır.Daxili İşlər  Nazirliyi Daxili Qoşunların "Əsgər " qəzetinin və "Azərbaycan Yolları " qəzetlərinin redaktoru işləmişdir, Uşaqlıqdan şeir yaradıcılığına başlamışdır.Mən Dünyadan Keçəmmirəm şeirlər, Oğullar Verir ki Can ( yaradıcı heyətlə) və Ölümü Öldürənlər kitablarının müəllifidir.Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür."Qızıl Qələm" Media mükafatçısı ,Azərbaycan  Respublikasının Müharibə Veteranıdır.